Ermənistan müdafiə nazirliyi yalanını etiraf etdi

Ermənistan müdafiə nazirliyi yalanını etiraf etdi
  10 Oktyabr 2020    Oxunub:13049
Ermənistanın müdafiə nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya Qafan şəhərini raket atəşinə tutması barədə yaydıqları məlumatı təkzib edib.
Azvision.az xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Qafana zərbə endirilmədiyini açıqlayıb.

"Məlumat dəqiqləşib, Qafan şəhərinə zərbə endirilməyib".

Bundan əvvəl isə Azərbaycanın Müdafiə Nazirliyi düşmən tərəfin yaydığı məlumatı təkzib edib. Bildirilib ki, Ermənistan tərəfinin guya Qafanın bölmələrimiz tərəfindən raket atəşinə tutulması, ölən və yaralananların olması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti təxribatıdır.

Qeyd edək ki, dünən Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın Moskvada keçirilən üçtərəfli görüşünün nəticəsi olaraq bu gün saat 12:00-dan cəbhədə humanitar məqsədlərlə atəşkəs elan olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qafan  





Xəbər lenti