ATƏT sədri Moskva razılaşmasına münasibət bildirdi

ATƏT sədri Moskva razılaşmasına münasibət bildirdi
  10 Oktyabr 2020    Oxunub:2552
ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri Edi Rama Moskvada Dağlıq Qarabağ münaqişəsinə dair əldə edilmiş humanitar atəşkəsi alqışlayıb.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT sədri “Twitter” hesabında yazıb.

O qeyd edib ki, sabitliyin olmasına böyük ehtiyac var: “Bu, razılaşma İrəvanla Bakı arasında substantiv danışıqlara yol açır”.

Qeyd edək ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünün nəticəsi olaraq bu gündən humanitar məqsədlə atəşkəs elan olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ATƏTsədri  





Xəbər lenti