Ruhani Qarabağa görə Putinə zəng etdi

 Ruhani Qarabağa görə Putinə zəng etdi
  10 Oktyabr 2020    Oxunub:4124
Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb.

Vladimir Putin iranlı həmkarına bölgədəki gərginliyi azaltmaq üçün Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən səylər barədə məlumat verib.

İran Prezidenti isə humanitar məqsədlər üçün atəşkəsə dair Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli məsləhətləşmələrinin nəticələrindən sonra əldə olunan razılaşmaları və sülh yolu ilə nizamlanma üçün mümkün qədər tez substantiv danışıqların başlanmasını dəstəklədiyini bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti