BƏƏ-dən Qarabağ bəyanatı

 BƏƏ-dən Qarabağ bəyanatı
  10 Oktyabr 2020    Oxunub:3008
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaş Dağlıq Qarabağda humanitar atəşkəsin əldə edilməsini sülhə doğru addım kimi xarakterizə edib.
Azvision.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb.

Dövlət naziri Rusiyanın bu razılığın əldə edilməsindəki konstruktiv səylərini alqışlayıb, Azərbaycan və Ermənistanı hər iki xalqın sabitliyini və çiçəklənməsini təmin edən səmərəli danışıqlar prosesinə başlamağa çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   BƏƏ  





Xəbər lenti