“Azərbaycanın yanında olmağa davam edəcəyik” - Pakistan XİN

 “Azərbaycanın yanında olmağa davam edəcəyik” -  Pakistan XİN
  11 Oktyabr 2020    Oxunub:3588
Azərbaycanla Ermənistan arasında əldə edilmiş atəşkəs sülh və sabitlik üçün müsbət bir addımdır.
Azvision.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

"Ümid edirik ki, tərəflərin razılaşdırdığı humanitar şərtlər yerinə yetiriləcək. Pakistan bildirir ki, iki tərəf arasında davamlı sülhün təmin olunması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılıdır. Bu işdə Pakistan qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcəkdir", - deyə XİN-in məlumatında qeyd olunub.

Azvision.az


Teqlər: Pakistan   Azərbaycan  





Xəbər lenti