Lavrov Ceyhun Bayramov və Mnatsakanyana zəng etdi

Lavrov Ceyhun Bayramov və Mnatsakanyana zəng etdi
  11 Oktyabr 2020    Oxunub:6109
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan ilə telefon əlaqəsi saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilir ki, tərəflər atəşkəs razılaşmasına sadiq olduqlarını təsdiqləyiblər. XİN rəhbərləri atəşkəsə ciddi şəkildə riayət olunmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, ötən gün Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Danışıqların nəticəsi olaraq bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunub.

Azvision.az


Teqlər: XİN   Rusiya   Lavrov  





Xəbər lenti