Dünyada koronavirusa yoluxma sürətlə artır

  10 Oktyabr 2020    Oxunub : 1968
 Dünyada koronavirusa yoluxma sürətlə artır
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 37 milyon 369 min 495, pandemiya qurbanlarının sayı isə 1 milyon 75 min 666 nəfərə çatıb.

İndiyədək 28 milyon 19 min 642 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus