Ermənistanda 1020 nəfər koronavirusdan ölüb

Ermənistanda 1020 nəfər koronavirusdan ölüb
  11 Oktyabr 2020    Oxunub:1556
Ermənistanda son sutka ərzində daha 715 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 56 451 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 1020-ə çatıb. Hazırda 9304 aktiv koronavirus xəstəsi var.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti