İosef Şaqal: “Gəncəyə raket zərbəsi endirmək barbarlıqdır” - EKSKLÜZİV
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan dünya ictimaiyyətinə Qarabağın "öz müqəddəratını təyinetmə" hüququnu tanımağa çağırıb:
“Bu hansı anlama gəlir? Vəziyyət nəzarətdən çıxır. Erməni tərəfi 30 ildir dünya birliyinin, bütün beynəlxalq təşkilatların Dağlıq Qarabağın "öz müqəddəratını təyinetməsini" tanımamasına, Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, bütün gücü ilə vəziyyəti dəyişdirməyə çalışır.
Müharibənin uduzduğunu başa düşürlər. Hərbi yolla müdafiənin mümkünsüz olacağını da başa düşürlər. Bu vəziyyətdə nə etmək olar? Azərbaycan heç bir halda təxribata uymamalıdır. Birincisi, cəbhə xəttindən 200 km aralıda olan şəhərlərin raket əleyhinə müdafiəsini təmin etmək lazımdır. Azərbaycan rəhbərliyi bunun necə ediləcəyini bilir.
İkincisi, BMT-nin iclasının təcili çağırılmasına qədər, dünya ictimaiyyətinin diqqətini cəlb etmək lazımdır. Gəncənin bombalanması barbar və qeyri-insani hərəkətdir. Dinc şəhərlərə və mülki əhaliyə hücum etmək bütün beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır. Və nəhayət, sonuncu məqam: heç bir halda artıq qaytarılan mövqeləri təslim etmək olmaz. Görünür ki, buna davam etmək lazımdır".
Onun sözlərinə görə, mövcud vəziyyətdə, zəmanət olmadan atəşkəs rejiminə əməl etmək mümkün deyil: "Bu, erməni tərəfinin hər hansı bir xeyir götürməyə çalışdığı ən bulanıq sudur. Heç bir halda bu edilməməlidir. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Gəncəyə raket hücumları məsələsini BMT Təhlükəsizlik Şurası səviyyəsində qaldırması, bunu rəsmi olaraq Azərbaycan Respublikasının suverenliyinin pozulması, qeyri-insani bir hərəkət kimi tanıtması və bu mövqeyi möhkəmləndirməsi zəruridir.
Hazırda informasiya müharibəsidir və bu, 27 sentyabrdan bəri aparılan müharibədən heç də az şiddətli deyil və həmişəki kimi uduzulmamalıdır. İnformasiya müharibəsini udmaq lazımdır. Bunu isə Xarici İşlər Nazirliyinin enerjili fəal hərəkətləri və diasporanın səyləri, dünyada xoşbəxtlikdən çox olan dostlarımızın qüvvəsi ilə etmək olar. Həqiqət qalib gələcək. Möhkəm olun”.
Seymur Məmmədov
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Gəncə Qarabağ Təxribat