Ermənistanın Gəncəyə hücumu Britaniya mətbuatında
Məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin aşağıdakı fikirləri Britaniya oxucularına təqdim olunub: “Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir. Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir. Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.
Həmçinin məqalədə humanitar atəşkəsin yaradılmasından dərhal sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam və Tərtər bölgələrini atəşə tutması qeyd olunub. “Bir neçə saat sonra erməni silahlı qüvvələri Hadrut və Cəbrayıl istiqamətində hücuma keçməyə çalışıb.
Erməni silahlı qüvvələrinin Suqovşan ərazisindəki erməni əsgərlərinin cəsədlərini topladığı, açıq şəkildə ağ bayraqla işarələnmiş sanitariya tibbi maşınına atəş etməsi nəticəsində bir tibb işçisi ağır yaralanıb”.
Azvision.az