Gürcüstanda daha 478 nəfər koronavirusa yoluxdu

Gürcüstanda daha 478 nəfər koronavirusa yoluxdu
  12 Oktyabr 2020    Oxunub:1416
Gürcüstanda son sutka ərzində daha 478 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 12 272 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 6538 pasiyent sağalıb, 91 nəfər dünyasını dəyişib. Hazırda karantində 5590, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son vaxtlar Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğası yaşanır.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus   Pandemiya  





Xəbər lenti