Amerikalı analitik: “Ermənistan soyqırım törədir” - EKSKLÜZİV

     Amerikalı analitik:    “Ermənistan soyqırım törədir” -    EKSKLÜZİV
  12 Oktyabr 2020    Oxunub:15724
Erməni separatçıların lideri Arayik Arutyunyan Azərbaycanı “soyqırımı siyasəti yürütməkdə” günahlandırır, halbuki, bu siyasəti nəinki bu gün, tarixən həyata keçirən məhz Ermənistanın özüdür.
Bunu Azvision.az -a eksklüziv açıqlamasında Rusiya əsilli amerikalı siyasi analitik Andrew Koribko qeyd edib.

“Sovet İttifaqının sonlarına yaxın baş qaldıran etnik münaqişələrin ardınca orada olan bütün azərbaycanlılar Ermənistana qaçmağa məcbur edildilər, erməni separatçıları beynəlxalq səviyyədə tanınmış Qərbi Azərbaycan torpaqlarında yaşayan bir milyona yaxın yerli azərbaycanlıları etnik təmizləməyə məruz qoydu. İndi də Ermənistan yenicə Moskvada əldə olunmuş humanitar atəşkəsin qaydalarını pozaraq, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ikinci dəfə hücum etdi, mülki şəxsləri qətlə yetirdilər. Həyata keçirilən son hücum onların zəiflik və çarəsizliyinin təzahürüdür", - deyən analitik qeyd edib ki, əks-həmlə əməliyyatı zamanı Azərbaycan işğal altında olan bir neçə kəndini azad edib, bu da öz növbəsində erməni separatçılarının və onların Yerevandakı havadarlarını əlverişsiz hərbi vəziyyətə salıb.

Andrew Koribkonun sözlərinə görə, Rusiyanın münaqişəyə diplomatik müdaxiləsi, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həyata keçirilən və Ermənistanın qanunsuz olaraq işğal etdiyi Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə geri çəkilməsini tələb edən BMT-nin 4 qətnaməsinin icrasını nəzərdə tutan sülh prosesinə tərəflərin sadiq qalacağını bir daha təsdiqləməklə nəticələndi.

"Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində atəşkəsi rədd edən ultra-millətçi qüvvələrin kəskin təzyiqi altındadır. Onlar qlobal ictimai rəyin separatçı iddialara üz döndərdiyini və beynəlxalq hüququn qaydalarına riayət etmək məcburiyyətində qalmalarının yalnız zaman məsələsi ola biləcəyini dərindən başa düşürlər. Paşinyan bu mövzuda dünyanın iradəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə ilə ifadə olunan qaydalarına riayət etməkdənsə, Rusiyanın birbaşa münaqişəyə cəlb olunması ilə nəticələnə biləcək və Azərbaycanı təxribata çəkmək məqsədi güdərək Gəncə üzərinə hücüm etməklə öz ölkəsindəki siyasi radikalların iradəsinə tabe olur.
Azərbaycan təmsilçiləri Gəncəyə ilk hücumdan sonra bu planı ifşa etdilər ki, Rusiya Ermənistandakı tərəfdaşlarının oyun oynadığını yaxşı bilsin. Əldə edilən sonuncu atəşkəs razılaşmasından sonra şəhərin iki dəfə hücuma məruz qalması Ermənistanın sözün hər mənasında hiyləgər dövlətə çevrildiyini göstərir. Açıq şəkildə görünür ki, Rusiyanın Ermənistan üzərində təsiri məhduddur və Moskva görünür, İrəvanı atəşkəsə sadiq qalmağa inandıra bilmir. İkinci Gəncə hücumu təkcə hərbi cinayət deyil, eyni zamanda Xarici İşlər naziri Sergey Lavrovun son atəşkəs razılaşması üçün bu qədər çox çalışmasından sonra Rusiya diplomatiyasına qarşı sillədir. Ermənistan Dağlıq Qarabağ münaqişəsini sözdə “sivilizasiyaların toqquşması” kimi qəbul etdiyi üçün qəsdən mülki insanları hədəf alır. Paşinyan bu yaxınlarda verdiyi müsahibəsində xristianlıq və İslam arasındakı dini müharibənin evfemizmi olan “Artsaxdakı cəbhə sivilizasiyaların toqquşması və həyatda qalma müharibəsinə çevilib” deməklə bunu bir daha etiraf etdi. Bu təhlükəli ritorika, Ermənistanın soyqırım niyyətlərini ifşa etməklə yanaşı, eyni zamanda dünyadakı dinlərarası münaqişəni alovlandıra biləcəyi üçün beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən hamılıqla qınanılmalıdır".

Analitik əlavə edib ki, soyqırım həyata keçirən Azərbaycan deyil, məhz Ermənistandır. Bu hücumlar daha çox faicələrə və əzablara səbəb olmadan dayandırılmalıdır: "Bu hiyləgər dövlət artıq bir milyondan çox insanı etnik təmizləməyə məruz qoyaraq onların həyatını alt-üst edib, xüsusilə, Xocalı soyqırımı zamanı öz qurbanlarını doğma torpaqlarından didərgin salıb. İndi isə bu dövlət müharibəni daha da genişləndirməklə hədələyir. Azərbaycanın BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə etmək hüququ vardır, lakin hökumət yenə də münaqişəni sülh yolu ilə həll etməyə üstünlük verir. Bu səbəbdəndir ki, Prezident İlham Əliyev Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs müqaviləsini alqışladı və məsələ ilə bağlı BMT-nin dörd qətnaməsinə uyğun olaraq siyasi həll yolu tapılacağına ümidini ifadə etdi.

Bunu etmədiyi təqdirdə, Azərbaycanın Ermənistana qarşı əks-hücumunu dayandırması inandırıcı görünmür. Sülh prosesinin nizamlanmasında ən böyük xarici tərəf, eləcə də, münaqişə tərəfləri arasında əsas vasitəçi olaraq Rusiyanın hiyləgər Ermənistan dövlətinə təzyiq etmək məsuliyyəti var. İrəvanın mülki şəxsləri hədəfə almasının cəzasız qalmasına icazə vermək olmaz, çünki bu, İrəvanın Azərbaycana qarşı apardığı genosid müharibəsini davam etdirəcək. Beynəlxalq ictimaiyyətin Ermənistanı qınaması və rəhbərliyinə beynəlxalq hüquqa riayət etməsi üçün ciddi təzyiq göstərməsinin böyük əhəmiyyəti var, əks təqdirdə bunun nəticələri ilə üzləşməli olacaqlar".

Azvision.az


Teqlər: Qarabağ   Müharibə  





Xəbər lenti