“Xocalı aeroportu danışıqlara stimul verə bilər”

“Xocalı aeroportu danışıqlara stimul verə bilər”
  20 Mart 2013    Oxunub:1553
“Rusiya Cənubi Qafqazda öz təsirini artırmaqda maraqlıdır, Moskvaya ələlxüsus indi, Soçi Olimpiadası ərəfəsində bu regionda sülh daha çox lazımdır”.
Bunu vesti.az-a müsahibəsində rusiyalı tanınmış politoloq, Rusiya Hərbi Politoloqlar Assosiasiyasının eksperti, siyasi elmlər namizədi, Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının müdiri Aleksandr Perensyev deyib.

“Rəsmi Moskva Qafqazda özünün müəyyən maraqlarının sərhədlərini cızıb və həmin maraqlara görə sonadək mübarizə aparacaq. Bu, öz sərhədlərinin, Abxaziya və Cənubi Osetiyanın suverenliyinin qorunması və Azərbaycanla Ermənistan arasında yeni hərbi konfliktə imkan verməməkdir”deyə Perensyev bildirib.

Qarabağ məsələsinə münasibətinin soyuması fikri ilə razılaşmayan ekspert “Bu, hamının inanması üçün məharətlə yaradılmış bir təəssüratdır. Əlavə edim ki, Dağlıq Qarabağ problemi həqiqətən dünya siyasətinin mərkəzində deyil. Başqa yandan, mən bunu indiyədək dəfələrlə bildirmişəm ki, Qərb dövlətləri, hər halda, indi Azərbaycanın hərbi potensialının Ermənistanla mənasız hərbi rəqabətə sərf olunmasında maraqlı deyillər. Beləcə, mövcud şərtlər altında Rusiya dövlətinin başçısına Qarabağ məsələsində qızğın fəallıq göstərməsinə ehtiyac qalmır. Üstəlik, hazırkı vəziyyət müəyyən mənada rəsmi Moskvanı tam qane edir”.
Xocalı hava limanı ətrafında yaranan duruma toxunan ekspert situasiyanın kəskinləşəcəyinin labüd olduğunu düşünür: “Siyasi prosesin bütün iştirakçıları anlayırlar ki, Xocalı aeroportunun işə düşməsi Azərbaycan və Ermənistan ordusu arasında ayırıcı xəttin de-fakto bu ölkələr arasında sərhədlər qismində üstüörtülü şəkildə tanınması demək olacaq. Və mən güman edirəm ki, söhbət Xocalı aeroportundan aviareslərin başlanmasından daha çox, rəsmi İrəvanın dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ probleminə cəlb eləmək istəyindən gedir. Təbii ki, öz xeyrinə. Faktiki olaraq dünya ictimai rəyi uğrunda mübarizə gedir, erməni-Azərbaycan informasiya savaşı gedir. Situasiyanın ziddiyyətliliyinə rəğmən, eyni zamanda qeyd etmək istəyirəm ki, Xocalı aeroportunun işinin bərpası məsələsi müəyyən siyasi iradənin mövcudluğu fonunda ”nifaq alma"sından Azərbaycanla Ermənistan arasında Qarabağ danışıqlarının Minsk Qrupu çərçivəsində növbəti raunduna başlamaq üçün bir təmas nöqtəsinə çevrilə bilər".



Teqlər:  





Xəbər lenti