Qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb - VİDEO

 Qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb -  VİDEO
  12 Oktyabr 2020    Oxunub:10710
Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.

Qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb. Həmin məntəqələrin fəaliyyəti ilə bağlı hazırlanan videosüjeti təqdim edirik.



Azvision.az


Teqlər: Döyüş   Səyyar   Məntəqə  





Xəbər lenti