Saakaşvili Afinada döyüldü

 Saakaşvili Afinada döyüldü
  12 Oktyabr 2020    Oxunub:2247
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Yunanıstanın paytaxtı Afinada döyülüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Saakaşvili Afinaya Gürcüstan mühacirləri ilə görüşə gedib.

Tədbirin keçiriləcəyi binanın yaxınlığında bir gənc ona hücum edib və sabiq prezidentin başına zərbələr vurub.

Hadisə zamanı bir neçə nəfər yaralanıb. Baş verənlərə baxmayaraq, Saakaşvili mühacirlərlə görüşüb və siyasi planlarından danışıb.

Xatırladaq ki, Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Saakaşvili  





Xəbər lenti