Müşərrəfin həbsinə order verildi

Müşərrəfin həbsinə order verildi
  02 Fevral 2014    Oxunub:1022
AzVision.az xəbər verir ki, Pakistan məhkəməsi ölkənin sabiq Prezidenti Pərviz Müşərrəfin həbsinə dair order vermiş, onun xaricə müalicəyə getməsinə qadağa qoyuldu.
Pakistan məhkəməsi ölkənin sabiq Prezidenti Pərviz Müşərrəfin həbs edilməsinə dair order vermiş, onun xaricə müalicəyə getməsinə qadağa qoymuşdur.

Eks-prezident yanvarın 2-dən ürək tutması diaqnozu ilə Ravalpindi hərbi hospitalına aparılmışdır və hələ də orada müalicə olunur. Həkimlər P.Müşərrəfin Amerika Birləşmiş Ştatlarında müalicəsinin davam etdirilməsini məsləhət görürlər.
2008-ci ildə istefaya gedən sabiq Prezident 2007-ci ildə ölkə Konstitusiyasının fəaliyyətinin dayandırılması, Pakistan Ali Məhkəməsinin sədri də daxil olmaqla bir qrup hakimin işdən uzaqlaşdırılması və Pakistanda fövqəladə vəziyyət elan olunmasında, həmçinin 2007-ci ilin dekabrında terrorçuluq aktı nəticəsində sabiq Baş nazir Bənəzir Bhuttonun öldürülməsində günahlandırılır.

Əgər P.Müşərrəfin günahları təsdiq edilsə, o ömürlük həbs və ya ölüm hökmü ilə cəzalandırıla bilər.

AzərTac


Teqlər:





Xəbər lenti