İranda daha 272 nəfər koronavirusdan ölüb

İranda daha 272 nəfər koronavirusdan ölüb
  13 Oktyabr 2020    Oxunub:1624
İranda son sutka ərzində 4206 nəfər koronavirusa yoluxub, 272 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, İranda virusa yoluxanların sayı 504 min 281, ölənlərin sayı isə 28 min 816-ya çatıb. İndiyədək 409 min 121 xəstə sağalaraq evə buraxılıb.

Hazırda 4533 nəfərin vəziyyəti ağır olaraq qalır.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti