Rəhim Qazıyev sərbəst buraxıldı

Rəhim Qazıyev sərbəst buraxıldı
  20 Mart 2013    Oxunub:1181
Martın 19-da keçmiş müdafiə naziri Rəhim Qazıyevi polis Bakıda saxlayıb. O, gecə saatlarında sərbəst buraxılıb.
Bu barədə Azadlıq Radiosuna məlumat verən sabiq nazir dünən radionun «İşdən Sonra» verilişinə gəlmək üçün evdən bir az aralanan zaman 4 nəfər maskalı şəxs arxadan tutulduğunu, özlərini təqdim etmədən onu qamarlayıb maşına basdıqlarını deyib. “Başıma qara torba keçirdilər, özümü də uzandırdılar yerə. Bir də torbanı çıxaranda gördüm ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindəyəm»,-deyə Qazıyev bildirib.

Rəhim Qazıyevlə 1-2 saat söhbətdən sonra saxlanılma səbəbinin polisə tabe olmaması ilə əsaslandırıblar:

«Mənə dedilər ki, polisə tabe olmamışam. Harada idi o polis? Nə vaxt mənim evimə gəldilər, nə vaxt məni polisə dəvət etdilər mən getmədim. Saxlayanda da heç olmasa demədilər ki, siz bizimlə getməlisiniz. Məni bu üsulla aparmaqla nə demək istəyirlər, nədən gözümü qorxutmaq istəyirlər? 70 yaşım var. Gözümün odunu ala bilsəydilər, vaxtında alardılar».

Saxlanılmasını bir neçə gün öncə prezidentə ünvanladığı açıq məktubla əlaqələndirən Rəhim Qazıyev «Mən prezidentə təhqir yazmamışam, açıq məktub yazmışam. Bir vətəndaş kimi arzularımı bildirmişəm. Bu gün yol gedərkən başıma torba salıb aparırlarsa, sabah başqa şeylər də ola bilər. Özümün və ailəmin təhlükəsizliyinin təmin edilməsi üçün prezidentə, Daxili İşlər Nazirliyinə və Milli Təhlükəsizlik Nazirinə məktub yollayacam» deyə bildirib..

DİN-in mətbuat xidməti məsələdən məlumatsız olduğunu bildirib.



Teqlər:  





Xəbər lenti