Bill Qeyts koronavirusa qalib gəlməyin yolunu açıqladı

Bill Qeyts koronavirusa qalib gəlməyin yolunu açıqladı
  13 Oktyabr 2020    Oxunub:2219
İnsanların həyatının normal vəziyyətə qayıtmasının yeganə yolu super təsirli və əlçatan peyvəndin istehsalıdır.
Azvision.az xəbər verir ki, bunu "NBC" telekanalına müsahibəsində "Microsoft"un yaradıcısı Bill Qeyts deyib.

Onun sözlərinə görə, kütləvi vaksinasiya infeksiyanın yayılmasının qarşısını alacaq və dünya miqyasında xəstəliyə son qoyacaq.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 37 milyondan çoxdur. İnfeksiya ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Azvision.az


Teqlər: BillQeyts  





Xəbər lenti