Türkiyədə 32 nəfər saxta içkidən zəhərlənərək ölüb

Türkiyədə 32 nəfər saxta içkidən zəhərlənərək ölüb
  13 Oktyabr 2020    Oxunub:2064
Türkiyədə saxta içkidən zəhərlənərək ölənlərin sayı 32 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, zəhərlənmə halları Kırıkkale, İzmir, Mersin, İstanbul və Muğlada qeydə alınıb. Hazırda saxta içkidən zəhərlənən 33 nəfərin müalicəsi davam edir. Onların vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, faktla bağlı ölkə üzrə genişmiqyaslı araşdırmalar aparılır. İlkin məlumata görə, 20 tona yaxın saxta içki aşkarlanıb. Saxta içkilərin hazırlanmasında şübhəli bilinən 4 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: Türkiyə   İçki  





Xəbər lenti