“Heç kim Azərbaycanın haqlı işinə mane ola bilməz” - İsrailli politoloq
O bildirib ki, Azərbaycan Ordusu uzun illərdən sonra öz ərazilərini işğalçılardan azad etmək üçün əsas vəzifəsini həyata keçirməyə başlayıb.
"Bu, ədalətli iş yalnız Azərbaycan vətənpərvərləri tərəfindən deyil, digər ölkələrin bütün rasional düşünən vətəndaşları tərəfindən alqışlanır. Lakin, belə demək mümkünsə, Azərbaycan Ordusunun ən ciddi uğurları fonunda otuz illik "status-kvonun" pozulması açıq şəkildə ATƏT-in Minsk Qrupunun üzvlərinin hamısını qane etmir. Beləliklə, onların hər biri qərar verir, öz maraqları naminə Azərbaycan Ordusunun uğurlarını dondurmağa çalışır. Kimisi qınayır və dayanmağa çağırır, kimisi beynəlxalq səviyyədə məlumatları təhrif etməyə cəhd göstərir, bəziləri də hər zamankı kimi humanitar yardım adı altında qoşunları transfer edir. Ancaq mən əminəm ki, Azərbaycan Ordusu öz ərazilərini işğalçılardan azad etmək üçün həyata keçirdiyi haqlı işi davam etdirdiyi müddətdə hamı yalnız danışa və qınaya bilər, amma açıq şəkildə bu prosesə mane ola bilməzlər.
İndi əsas odur ki, ölkəyə qarşı real güc tətbiq etməyə imkan verəcək hər hansı bir təxribatdan uzaq olaraq, bu işi ağılla sona çatdırasan. Sözlərə gəlincə, qoy danışsınlar, Şərqdə deyilən kimi, "it hürər, karvan keçər", - deyə israilli politoloq qeyd edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: AzərbaycanOrdusu