Bu şəkil Türkiyədə səs-küy qopardı

Bu şəkil Türkiyədə səs-küy qopardı
  02 Fevral 2014    Oxunub:1113
Ərdoğanın İran rəhbəri ilə görüşü qalmaqal yaratdı.
AzVision.az xəbər verir ki, Baş nazir Rəcəb Tayyib Ərdoğanın İrana rəsmi səfəri zamanı çəkilmiş bəzi fotolar Türkiyədə böyük hay-küy yaradıb. Musavat.com-un məlumatına görə, bu fotolarda İranın ali dini lideri Ayətullah Xameneyinin balaca bir otaqda Ərdoğanın başçılıq elədiyi nümayəndə heyətini qəbul eləməsi əksini tapıb.

Sosial şəbəkələrdə narazılıq doğuran həm də görüş zamanı otaqda Türkiyə bayrağının qoyulmaması, türkiyəli nazirlərin isə bir-birinə sıxılmış şəkildə bir xətt üzrə oturmasıdır.

Bir sıra bloqqerlər öz növbəsində Ərdoğanın Türkiyəni açıq şəkildə hədələyən bir dini liderlə görüşməsini ona ciddi irad tutublar. Belə ki, Xamaneyi Suriya müxalifətini dəstəkləyənlərin cəzasız qalmayacağını bəyan eləmişdi.

musavat.com


Teqlər:





Xəbər lenti