“İlham Əliyev vəziyyəti müdrikcəsinə nəzarətdə saxlayır” - Sabiq səfir (EKSKLÜZİV)

 “İlham Əliyev vəziyyəti müdrikcəsinə nəzarətdə saxlayır” -  Sabiq səfir (EKSKLÜZİV)
  13 Oktyabr 2020    Oxunub:14859
Təəssüf ki, dünyada ədalət yoxdur, ancaq maraqlar var. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn pozulmasının parlaq nümunəsidir. Bunu Azərbaycan rəhbəri bildiyi üçün vəziyyəti müdrikcəsinə nəzarət altında saxlayır.
Bunu Azvision.az -a eksklüziv açıqlamasında Serbiyanın Azərbaycandakı sabiq səfiri Zoran Vayoviç deyib. Onun sözlərinə görə, mülki yaşayış məntəqələrinin atəşə tutulması qeyri-insani və qəbuledilməz addımdır.

“Hesab edirəm ki, Azərbaycan tərəfi təxribatlara müdrik və təmkinlə cavab verəcək. Münaqişə ilə bağlı sülh danışıqlarında işğal edilmiş Dağlıq Qarabağ və 7 rayonun Azərbaycana qaytarılmasını tələb etmək vacibdir. Hamıya məlumdur ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində gedib", - deyən sabiq diplomat vurğulayıb ki, erməni diasporunun propoqandası güclüdür, Azərbaycan tərəfi də təbliğatı gücləndirməlidir:

"Prezident İlham Əliyevin “Euronews” kanalına ingilis dilində verdiyi müsahibə yüksək vəziyyətdə idi və bu, Dağlıq Qarabağdakı vəziyyəti arqumentlərlə və faktlarla Avropaya, eləcə də dünyaya necə çatdırmağın lazım olduğuna parlaq bir nümunədir Ümid edirəm ki, işğal edilmiş torpaqlar sülh yolu ilə Azərbaycanın yuridiksiyasına qaytarılacaq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Səfir   Qarabağ  





Xəbər lenti