Rusiyada koronavirusdan daha 244 nəfər ölüb

Rusiyada koronavirusdan daha 244 nəfər ölüb
  13 Oktyabr 2020    Oxunub:1900
Rusiyada son sutka ərzində 13 868 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 1 326 178 nəfərə çatıb. Hazırda 271 427 xəstə müalicə olunur.

Rusiyada bir gündə 7550 nəfər sağalıb, 244 pasiyent vəfat edib. Ümumilikdə isə ölkədə indiyədək 1 031 785 nəfər koronavirusdan sağalıb, 22 966 nəfər həyatını itirib.

Qeyd edək ki, ən çox yoluxma halı (4618) Moskvada qeydə alınıb.

Azvision.az


Teqlər: Rusiya   Koronavrus  





Xəbər lenti