Ermənistan muzdluların orduya cəlb edilməsini rəsmiləşdirir

Ermənistan muzdluların orduya cəlb edilməsini rəsmiləşdirir
  13 Oktyabr 2020    Oxunub:3760
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejim “peşəkar ordu” formalaşdırmaq üçün “qanun layihəsinə” əlavələri qəbul edib.
Azvision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, "qanun" muzdluların işğal altında olan torpaqlarda Azərbaycana qarşı döyüşməsini nəzərdə tutur.

Qarabağdakı separatçıların lideri Araik Arutyunyan artıq “sənədi” təsdiqləyib.

Xatırladaq ki, Ermənistan tərəfi Azərbaycanla döyüşlərə xüsusilə Yaxın Şərqdən muzdluları və terrorçuları cəlb edir. Bununla bağlı Azərbaycan rəsmən məlumatlar və faktlar açıqlayıb.

Ermənistan hakimiyyəti separatçı rejim vasitəsilə sözügedən “qanunu” qəbul etməklə Qarabağ döyüşlərinə terrorçular və muzdluları cəlb etdiyini bir daha təsdiqləyir, eyni zamanda gələcəkdə də bu qanunsuz fəaliyyətini davam etdirəcəyini göstərir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti