Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
  14 Oktyabr 2020    Oxunub:2287
Türkiyədə son sutka ərzində 62 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1632 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 8957, virusa yoluxanlar isə 338 779 nəfərə çatıb.

Türkiyədə indiyədək 296 min 972 pasiyent (son sutkada 1314 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti