Fransa XİN-dən Ermənistana rədd cavabı

 Fransa XİN-dən Ermənistana rədd cavabı
  14 Oktyabr 2020    Oxunub:6872
Rəsmi Paris Dağlıq Qarabağ münaqişəsi tərəflərinə qarşı neytrallığını saxlamalıdır.
Azvision.az xəbər verir ki, bunu Fransa parlamentinin aşağı palatasında çıxış edən ölkənin Xarici İşlər naziri Jan-İv Le Drian deyib.

Nazir, deputatların Dağlıq Qarabağ münaqişəsində "Ermənistanın tərəfini tutun” çağırışlarına cavab olaraq bildirib: "ATƏT-in bizə, eləcə də 1994-cü ildə Rusiya və ABŞ-a verdiyi mandata görə, Fransa tərəfsiz qalmaq məcburiyyətindədir".

XİN rəhbəri əlavə edib ki, Paris münaqişə tərəflərindən birini dəstəkləyəcəyi təqdirdə qanuni vasitəçi statusunu itirəcək. Fransanın Ermənistanla ikitərəfli yaxın əlaqələri olduğunu deyən nazir, ölkəsinin Azərbaycanla da uzun müddətli əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb.

Pərvanə Sulıtanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti