Ermənistanda koronavirusa yoluxmada rekord artım

Ermənistanda koronavirusa yoluxmada rekord artım
  14 Oktyabr 2020    Oxunub:1999
Ermənistanda son sutka ərzində daha 1058 nəfər koronavirusa yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla ölkədə virusa yoluxanların sayı 58 624 nəfərə çatıb.

Son sutkada 7 nəfər olmaqla, indiyə kimi Ermənistanda koronavirusa yoluxmuş 1039 pasiyent ölüb.

Koronavirusa yoluxan, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 311 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Ermənistan  





Xəbər lenti