Gürcüstanda daha 680 nəfər virusa yoluxdu

Gürcüstanda daha 680 nəfər virusa yoluxdu
  14 Oktyabr 2020    Oxunub:1706
Gürcüstanda son sutka ərzində daha 680 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 13 521-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 7159 pasiyent sağalıb, 109 nəfər dünyasını dəyişib. Hazırda karantində 5590, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğası yaşanır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   virus  





Xəbər lenti