Paşinyan Ermənistanın böyük itkilər verdiyini etiraf etdi

Paşinyan Ermənistanın böyük itkilər verdiyini etiraf etdi
  14 Oktyabr 2020    Oxunub:3287
On səkkiz gün davam edən döyüşlərdə Ermənistan ordusunun bölmələri münaqişə zonasının şimal və cənub istiqamətlərinin bəzi bölgələrindən geri çəkilib.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı bildirib.

Paşinyan, Ermənistanın böyük itkilər verdiyini etiraf edib. O deyib ki, Ermənistan ordusu "vəziyyətə nəzarəti" böyük itkilər bahasına saxlayır:“İndi hamı başa düşməlidir ki, cəbhə xəttində son dərəcə çətin vəziyyət yaranıb”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti