İranda daha 279 nəfər koronavirusdan öldü

İranda daha 279 nəfər koronavirusdan öldü
  14 Oktyabr 2020    Oxunub:1813
İranda son sutka ərzində daha 279 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 29 349 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 4 830 nəfər artaraq 513 219-a yüksəlib.

İranda indiyədək 41 4831 pasiyent sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti