“Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb” - Hikmət Hacıyev

“Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb” -  Hikmət Hacıyev
  14 Oktyabr 2020    Oxunub:3043
Gəncə şəhərinə səfər edəndə Ermənistanın təxribatının şahidi oldunuz”.
Azvision.az xəbər verir ki, bu barədə xarici ölkələrin səfirlərinin, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlərdən, o cümlədən "Smerç"lərdən istifadə edir:

“Ermənistan hazırda da atəşkəs rejimini kobuld şəkildə pozaraq Ağdam, Tərtər, Goranboy və digər şəhərləri atəşə tutur, gərgindiyi daha da artırır. Hazırda münaqişə ərazisindən kənara çıxır. Çünki Ermənistan münaqişə zonasından uzaqda yerləşən şəhərləri də atəşə tutur. Ermənistan öz ərazisindən də Azərbaycanı atəşə tutur. Bu gün Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərləri vurmaq üçün hazır vəziyyətə gətirib. Biz Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həmin raket komplekslərinin neytrallaşdırılması istiqamətində tədbirlər gördük”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur. Çünki beynəlxalq hüquqa əsasən, təhlükəsizliyi təmin etmək üçün təhlükə yaradan hərbi hədəfləri vurmaq hüququna malikdir.

“Ermənistan səhər saatlarında Azərbaycanın mülki əhalisini vurmaq üçün raket komplekslərini hazır vəziyyətə gətirmşdi. Azərbaycan təhlükə mənbəyini neytrallaşdırmaq üçün beynəlxalq hüquqdan istifadə edərək tədbirlər görüb. Çünki biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalini hədəfə alır, xeyli sayda mülki əhali həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb”.

Azvision.az


Teqlər: Gəncə  





Xəbər lenti