Azərbaycan neftinin qiyməti bahalaşır

  15 Oktyabr 2020    Oxunub : 992
Azərbaycan neftinin qiyməti bahalaşır
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar geriləyərək 43,24 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar ucuzlaşaraq 40,95 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,87 dollar artaraq 42,57 dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft