21 martın Hava proqnozu

21 martın Hava proqnozu
  20 Mart 2013    Oxunub:1435
Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında sabah dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz havanın temperaturu gecə 1-6° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 14-19° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında isə əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında Əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin.Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında da yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.



Teqlər:





Xəbər lenti