Ermənistan məhv edilmiş daha 49 hərbçisinin adını açıqladı

  15 Oktyabr 2020    Oxunub : 2097
 Ermənistan məhv edilmiş daha 49 hərbçisinin adını açıqladı
Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 49 hərbçisinin adın açıqlayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğlaçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 604-ə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları da döyüşlərə cəlb edir.

Xatırladaq ki, oktyabrın 10-dan etibarən tərəflər arasında humanitar atəşkəs elan olunub. Buna baxmayaraq, düşmən ordusu atəşkəsi pozmaqda davam edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ