“Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır”

 “Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır”
  15 Oktyabr 2020    Oxunub:3527
Ermənistan silahlı qüvvələrinin Tərtərdəki qəbiristanlığı amansızcasına artilleriya hücumuna tutması nəticəsində yaralanan mülki vətəndaşların sayı 5 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
“Şəhər qəbiristanlığının hərbi mənası və əhəmiyyəti varmı? Əlbəttə, yox. Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti