Rusiya və Aİ arasında Qarabağ müzakirəsi

 Rusiya və Aİ arasında Qarabağ müzakirəsi
  15 Oktyabr 2020    Oxunub:1830
Oktyabrın 15-də Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar arasında telefon danışığı olub.
Azvision.az Rusiya XİN-in saytına istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişə zonasında oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəs rejimindən sonrakı vəziyyəti müzakirə ediblər.

Onlar hərbi hərəkətlərin davam etməsindən və itkilərdən narahatlıqlarını ifadə ediblər. Bundan əlavə, münaqişə tərəflərini Moskva razılaşmasının bütün bəndlərinə, ilk növbədə atəşin dayandırılmasını, dayanıqlı yoxlama mexanizminin yaradılmasını və ATƏT Minsk Qrupunun səyləri çərçivəsində substantiv danışıqların aktivləşdirilməsini nəzərdə tutan müddəalara əməl etməyə çağırıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti