Azərbaycan diasporu Lebedevə bəyanat ünvanladı

Azərbaycan diasporu Lebedevə bəyanat ünvanladı
  15 Oktyabr 2020    Oxunub:1746
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədri: icraçı katib Sergey Lebedevə bəyanat ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynovun imzası ilə yayımlanmış bəyanatda Ermənistan ordusunun 27 sentyabr 2020-ci ildən etibarən Azərbaycanın cəbhəboyu ərazilərini və həmçinin, cəbhə xəttindən uzaqda yerləşən rayon və şəhərlərini atəşə tutması barədə məlumat verib. Bildirib ki, bu təxribatlar nəticəsində Azərbaycanın mülki əhalisi arasında xeyli sayda ölən və yaralananlar var.

Təşkilat sədri bildirib ki, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd olaraq Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə alması qəsdən və planlı xarakter daşıyır. O, həmçinin Azərbaycanın ikinci böyük şəhəri Gəncədə baş verən erməni terroru barədə məlumat verib, Mingəçevir şəhəri və digər ərazilərə edilən raket hücumlarından danışıb.

Təşkilat rəhbəri, 1949-cu il Cenevrə Konvensiyasına, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına məhəl qoymayan Ermənistanın müharibə cinayətlərinə görə məsuliyyət daşıdığını bildirərək, İcraiyyə Komitəsini qətiyyətli addımlar atmağa çağırıb.

Azvision.az


Teqlər:





Xəbər lenti