Çin gəmiləri mübahisəli sularda
Yaponiyanın Kyodo informasiya agentliyinin yaydığı məlumata görə, Çinin gəmiləri mübahisəli sularda iki saatdan çox qalıblar.
Xatırladaq ki, Çinin Müdafiə Nazirliyi ötən il noyabrın 23-də Şərqi-Çin dənizində təyyarələr üçün yeni hava hücumundan müdafiə (HHM) zonası elan edib. Həmin zonaya Çin və Yaponiya arasında mübahisəli Senkaku adaları da daxil edilib.
Çinin bu addımı Yaponiya tərəfinin qəti etirazına səbəb olub və Tokio Pekindən yeni HHM zonasının ləğvini tələb edib.
Yeni HHM zonasının elan olunması Çin ilə Avstraliya və Koreya Respublikası arasında münasibətlərin gərginləşməsinə səbəb olub.
AzərTAc