Tixanovskaya axtarışa verildi

Tixanovskaya axtarışa verildi
  16 Oktyabr 2020    Oxunub:2344
Belarus tərəfi prezidentliyinə sabiq namizəd Svetlana Tixanovskayanı dövlətlərarası axtarışa verib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Tixanovskayanın Rusiyada da axtarışa verilməsi bununla bağlıdır. Prezidentliyə sabiq namizəd konstitusiya quruluşunu devirmək çağırışlarına görə axtarışa verilib.

Onun Rusiyada dövlətlərarası axtarışda olması faktı oktyabrın əvvəllərində məlum oldu. Daha sonra Rusiyanın Daxili İşlər Nazirliyi ölkədə xanım siyasətçiyə qarşı heç bir cinayət işinin başlanmadığını, Rusiya ilə Belarus arasında müqavilələrə uyğun olaraq axtarışa verildiyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tixanovskaya  





Xəbər lenti