Paşinyan XİN-ə yeni müavin təyin edib

Paşinyan XİN-ə yeni müavin təyin edib
  16 Oktyabr 2020    Oxunub:2063
Ermənistanın baş naziri Nikol Paşinyan Ara Ayvazyanı xarici işlər nazirinin müavini təyin edib.
Azvision.az xəbər verir ki, Ayvazyan bundan əvvəl Ermənistanın Meksika, Kosta Rika, Kuba, Honduras, Qvatemala və Panamadakı səfiri vəzifəsində çalışıb.

Prezident Armen Sarkisyanın fərmanı ilə Ayvazyan bir neçə gün əvvəl İrəvana geri çağırılıb. O, həmçinin Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri vəzifəsində işləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti