Baş prokuror və Kəmaləddin Heydərov Gəncəyə getdi

 Baş prokuror və Kəmaləddin Heydərov Gəncəyə getdi
  17 Oktyabr 2020    Oxunub:2289
Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Gəncəyə gediblər.
Azvision.az -ın məlumatına görə, Baş prokuror və Fövqəladə hallar naziri Ermənistan ordusunun humanitar atəşkəs rejimini kobudcasına pozaraq Gəncədə raket zərbələri endirdiyi ərazilərə, hərbi cinayət nəticəsində dağılmış yaşayış evlərinə baxış keçirib, axtarış-xilasetmə işləri ilə tanış olublar.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutub. Düşmənin hücumu nəticəsində 12 nəfər həlak olub, 40-dan çox mülki şəxs yaralanıb.

Azvision.az


Teqlər: Baş-Prokuror   FHN   Gəncə  





Xəbər lenti