“Gəncəyə hücum cinayətdir və mən bunu pisləyirəm” - Metyu Brayza
O bildirib ki, mülki insanlara, mülki obyektlərə hücum beynəlxalq normalara ziddir və onların pozulmasıdır.
Sabiq diplomatın sözlərinə görə, Gəncəyə hücum onu göstərir ki, Ermənistan müharibəni udmayacağına əmindir: “Lakin, mülki insanlara hücum etmək yolverilməzdir. Bunu etmək olmaz”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: MetyuBrayza