Obama seçkidən sonra boşanacaq

Obama seçkidən sonra boşanacaq
  03 Fevral 2014    Oxunub:1411
ABŞ prezidenti Baraka Obama ilə həyat yoldaşı Mişel Obama arasında münasibətlərin gərgin olduğu bildirilir.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, Nelson Mandelanın dəfn mərasimində Barak Obamanın Danimarkanın baş naziri Hell Torninq Şmitlə çəkdirdiyi şəkildən sonra cütlük arasında yaşanan gərginlik hətta boşanma həddinə çatıb.

Amerika mətbuatının yaydığı məlumata görə, cütlük bir müddətdir ki, ayrı otaqlarda qalır. Buna baxmayaraq onların 2017-ci il seçkilərinə qədər boşanmayacağı bildirilir. Cütlük yalnız seçkilər bitdikdən sonra ayrılacaq.

ABŞ mətbuatı iddia edir ki, cütlüyün son fotolarında Mişel Obamanın bədən dili göstərir ki, həyat yoldaşı ilə arasında soyuqluq var. Prezidentlik müddəti bitdikdən sonra Barak Obamanın doğulduğu Havay adalarına gedəcəyi, Mişel Obamanın isə qızları ilə birlikdə Vaşinqtonda qalacağı deyilir.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti