Dünya şöhrətli aktyor narkotikdən öldü

Dünya şöhrətli aktyor narkotikdən öldü
  03 Fevral 2014    Oxunub:1275
46 yaşlı Filip Seymur Hoffman narkotik vasitələrin qəbulundan dünyasını dəyişib.
AzVision.az Qərb informasiya agentliklərinə istinadən xəbər verir ki, müasir Hollivud kinosunun aparıcı aktyorlarından olan 46 yaşlı Filip Seymur Hoffman fevralın 2-də öz mənzilində ölü tapılıb. Məlumata görə, onun ölümünə yüksək dozada narkotik maddə qəbulu səbəb olub.

Xatırladaq ki, 1967-ci il iyulun 23-də Nyu-York ştatının Feyrport şəhərində anadan olan aktyor 90-cı illərin əvvəllərindən başlayaraq kino karyerasına başlayıb. 1993-cü ildə “Qadın ətri” filmində yaratdığı ərköyün tələbə obrazı ilə prodüserlərin diqqətini özünə cəlb edə bilib.

Məşhur art-haus ustası, rejissor Pol Tomas Andersonla 5 filmdə əməkdaşlıq edən Hoffman öz potensialını tam şəkildə nümayiş etdirə bilib. 1998-ci ildə qara yumor və ironiya dolu filmlər çəkən Koen qardaşlarının “Böyük Lebovski” filmində yer alan Hoffman xarakterik aktyor kimi bir daha öz ustalığını nümayiş etdirib. 2006-cı ildə Kapote filmində Amerikanın tanınmış homoseksual yazıçısı Trumen Kapotenin obrazını canlandıran mərhum aktyor buna görə yeganə “Oskar” mükafatını qazanıb.

2010-cu ildə isə o, “Cek üzməyə gedir” filmi ilə rejissorluq debütü edib. 1999-cu ildən Mimi O`Donnel ilə evli olan aktyorun 3 övladı var. 2014-cü ildə Filip Seymur Hoffmanın rol aldığı 2 filmin premyerası keçiriləcək. 25 illik karyerası boyu əsasən ikinci plan rolları ifa edən aktyor uzun illər idi ki, narkotik aludəçisi idi.


Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti