Türkiyədə daha 71 nəfər virusdan ölüb

Türkiyədə daha 71 nəfər virusdan ölüb
  18 Oktyabr 2020    Oxunub:2368
Türkiyədə son sutka ərzində 1723 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.

Nazir bildirib ki, ölkədə virusa yoluxanların ümumi sayı 345 min 678-ə çatıb. Pandemiya qurbanlarının sayı daha 71 nəfər artaraq 9224-ə yüksəlib. İndiyədək 302 min 499 xəstə sağalıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti