“Qartal 30” alayının döyüşçüsü Qarabağda məhv edilib

“Qartal 30” alayının döyüşçüsü Qarabağda məhv edilib
  18 Oktyabr 2020    Oxunub:4351
Erməni könüllülərindən ibarət “Qartal 30” adlı xüsusi alayın üzvü olmuş döyüşçü ötən gün qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, 90-cı illərdə Azərbaycanın işğal olunmuş torpaqlarında döyüşmüş Vahan Ohanyan Aprel müharibəsində də könüllü kimi ordu sıralarına yazılıb.

Qarabağda məhv edilən qoca könüllünün yaxınları yerli mətbuata deyiblər k, o, oktyabrın 8-də döyüşlərə qatılıb. Ağır yaralanan Ohanyanla bərabər bir neçə könüllü və hərbçinin də öldüyü bildirilir.

Qeyd edək ki, Ohanyan hərbçilərimiz tərəfindən məhv edilmiş yeganə erməni könüllü deyil. Son günlər erməni mətbuatı daha çox idmançı, aktyor və digər könüllülərin döyüş meydanında ölüm xəbərlərini yaymağa başlayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Qarabağ   Düşmən  





Xəbər lenti