Düşmənin xüsusi təyinatlılarının mövqeləri ələ keçirildi - VİDEO

   Düşmənin xüsusi təyinatlılarının mövqeləri ələ keçirildi -    VİDEO
  18 Oktyabr 2020    Oxunub:8574
Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilir.
Bu barədə Azvision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nümayiş olunan videoda Azərbaycan Ordusunun zirehli texnikası və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunur. Videonun son kadrlarında düşmən səngərlərini tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərinin irəliləməsi aydın görünür.



Azvision.az


Teqlər: Düşmən   Mövqe  





Xəbər lenti