Con Kerri Qarabağla bağlı bəyanat verdi

Con Kerri Qarabağla bağlı bəyanat verdi
  03 Fevral 2014    Oxunub:1088
`Sizin xəbəriniz yoxdur, ancaq biz Qafqazda Dağlıq Qarabağ probleminin həlli istiqamətində iş aparırıq`.

"Sizin xəbəriniz yoxdur, ancaq biz Qafqazda Dağlıq Qarabağ probleminin həlli istiqamətində iş aparırıq. Mən münaqişə tərəflərinə məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün təsirləri göstərəcəm. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək". ABŞ dövlət katibi Con Kerri Münhen konfransında belə bir bəyanat səsləndirib. Diplomat münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, Münhendə 31-yanvar-2 fevral tarixlərində keçirilmiş konfrans, avroatlantika regionunda təhlükəsizlik, Ukraynada böhran, Rusiya – Aİ, Rusiya-NATO münasibətləri, kiberməkana nəzarət, Suriya və Yaxın Şərqdə vəziyyət, İranın nüvə probeminə və s. həsr olunub.

Bu arada, artıq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. Fransalı həmsədr Jak For və amerikalı həmsədr Ceyms Uorlik fevralın 2-də Bakıya gəliblər.

Həmsədrlər bu gün Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəklər. Bakıdan sonra vasitəçilər Ermənistana səfər edəcəklər. Onların səfəri fevralın 5-nə planlaşdırılıb.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti