Ukraynada 36 müxalifətçi itkin düşüb

Ukraynada 36 müxalifətçi itkin düşüb
  03 Fevral 2014    Oxunub:980
“Avromaydan SOS” hüquq təşkilatı yanvarın ortalarından etibarən itkin düşmüş nümayiş iştirakçısının adı siyahısını yayımlayıb.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, “Avromaydan SOS” təşkilatının yayımladığı siyahıda aralarında 17 yaşlı yeniyetmələrin də olduğu 36 nəfərin adı yer alıb. İtkin düşənlərin əksəriyyəti Kiyevdə qeydə alınıb. Bundan başqa, Xmelnitski, Xarkov, Volın, Lvov vilayətlərində də belə faktlar var.

Təşkilat ümumilikdə, yanvarın 16-dan bəri 129 nəfərin itkin düşməsi ilə bağlı müraciətin olduğunu bildirib. Hüquq-mühafizə orqanları isə açıqlamalarında elan edilən siyahının şişirdildiyini və əslində 26 nəfərin hazırda axtarıldığını bildirib.

Bu arada oğurlanaraq döyülmüş “Avtomaydan” hərəkatının lideri Dmitri Bulatov müalicə üçün Litvaya gedib. Onun barəsində cinayət araşdırmasının olmasına rəğmən Ukrayna Daxili İşlər Nazirliyi Bulatovun Şengen zonasına daxil olmasına heç bir əngəlin törədilmədiyini bildirib.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti